"İşsizlik kriminal halları çoxaldacaq" - Qorxulu proqnoz




"Ölkədə işsizliyin artması insanları kriminal aləmə sövq edir”.

Sherg.az bildirir ki, bu fikri parlamentdəki büdcə müzakirələri zamanı millət vəkili Fazil Mustafa səsləndirib. 

Deputat deyib ki, hökumət yeni iş yerləri açmaq və insanların məşğulluğunu təmin etmək istiqamətində ciddi tədbrilər planı həyata keçriməlidir: 

"Əks təqdirdə bu işsizlik ciddi fəsadlara gətirib çıxaracaq. Mən bu günlərdə rayonların birində yas mərasimində idim və orada, insanlar işsizlik problemindən narahatçılıqlarını dilə gətirdilər. Bildirdilər ki, işsizlik artıq gənclər arasında narkomaniyaynın inkişaf etməsinə təkan verməklə yanaşı onları kriminal aləmə söv q edir. Ona görə də bu problemin qarşısının alınması təkcə polisin gücü daxilində deyil. Gərək hökumət də bu istiqamətdə cidid tədbirlər həyata keçriməlidir. Hansı yolla yeni iş yerləri açılmalıdır. Hökumət bu məsələyə ciddi yanaşmalıdır. Yoxsa gələcəkdə bunun fəsadları pis ola bilər”.

Anar