İstiqlalın iziylə…- "Şərq"çilər İstiqlal Muzeyini ziyarət etdi - Fotolar

«Şərq» qəzetinin başlatdığı «Cümhuriyyətçi jurnalistlər» layihəsi çərçivəsində növbəti səfər İstiqlal Muzeyinə təşkil edilib. «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı və qəzetin kollektivi muzeydə sərgilənən eksponatlarla tanış olub, istiqlalımıza aparan yola tarixin gözü ilə bir daha nəzər salıblar. 
A.Aşırlı Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı çətin tarixi dövr, xalqımıza qarşı törədilən soyqırımlar, cümhuriyyət elan olunduqdan sonra dövlət quruculuğu istiqamətində görülən işlər, aparılan siyasi-ictimai islahatlar barədə danışıb.
Qeyd edək ki, ziyarətlə bağlı "Sherg.az" saytı və "Şərq" qəzetində geniş yazı dərc olunacaq.