İzmirdə məhkəmə binası qarşısında partlayış törədilib




Bu gün Türkiyədə partlayış törədilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İzmirdə məhkəmə binasının önündə iki avtomobil partladılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşın göndərilib.
Yaralıların olduğu bildirilir.