Kamal Abdulla Macarıstan səfiri ilə görüşüb
13:11 13.03.2018
Arxiv
623
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb.
Qonağı salamlayan rektor Kamal Abdulla Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb.
"Sherg.az"ın xəbərinə görə, Kamal Abdulla ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində macar dilinin tədris edildiyini bildirib, bunun davamlı olması üçün birgə səylərin vacibliyindən danışıb.
"Səfir saatı” layihəsi haqqında məlumat verən Kamal Abdulla Viktor Sederkenyini layihə çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib.
ADU-da fəaliyyət göstərən mərkəzlər barədə məlumat verən rektor rəhbəri olduğu universitetdə Macarıstan mərkəzinin yaradılması təklifi ilə çıxış edib, eyni zamanda vurğulayıb ki, Macarıstan universitetlərindən birində də Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaranması məqsədəuyğun olardı.
Macarsıtan universitetləri ilə əlaqənin vacibliyindən danışan Kamal Abdulla Viktor Sederkenyinin bu istiqamətdə mühüm addımlar ata biləcəyinə inamını ifadə edib.
4-5 may 2018-ci il tarixdə Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” I Beynəlxalq elmi konfransı haqqında danışan və dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərdə bölmə iclaslarının keçiriləcəyini bildirən Kamal Abdulla Macarıstan universitetlərindən birininin də bu prosesdə iştirak edə biləcəyini diqqətə çatdırıb.
Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirən səfir Viktor Sederkenyi səslənən təklifləri müsbət qarşıladığını bildirib, ADU-da Macarıstan Mərkəzinin, Macarıstanda isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması istiqamətində konkret addımlar atmağın vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur