Bununla bağlı «Şərq»ə danışan D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu qeyd etdi ki, Prezidentin təklif etdiyi dəyişiklik çox mütərəqqidir:
Keçmiş OMON-çular azadlığa buraxılır ? - AÇIQLAMA
10:30 25.09.2017
Arxiv
849
Novella Cəfəroğlu: "Təbii ki, təklif qəbul olunacağı və CM-nə dəyişikli ediləcəyi təqdirdə, ömürlük məhbuslara, o cümlədən sabiq OMON-çulara da şamil ediləcək"
Bununla bağlı «Şərq»ə danışan D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu qeyd etdi ki, Prezidentin təklif etdiyi dəyişiklik çox mütərəqqidir:
Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 76-cı maddəsinə (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunur. Təklif qəbul edilərsə ömürlük məhbusların azadlığa çıxmaq şansı yaranacaq.
Bəs təklif nədən ibarətdir? Yeni bəndə görə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır. Bu isə «ömürlük»lərin azadlıqlarına qovuşması yolunda yaşıl işıq deməkdir.
Hazırda mövcud olan qanunvericiliyə görə isə CM-da bununla bağlı yalnız 57.3-cü maddə (Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər) nəzərə alınır.
Yeni layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Prezidentin təqdim etdiyi dəyişikliyin ömürlük həbs cəzasına məhkum edilmiş sabiq OMON-çulara şamil olunacağı da gözlənilir.
Bununla bağlı «Şərq»ə danışan D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu qeyd etdi ki, Prezidentin təklif etdiyi dəyişiklik çox mütərəqqidir:- Son zamanlar Azərbaycan qanunvericiliyinin bütün sahələrdə daha çox mütərəqqiləşməsinin, humanizm prinsiplərinə daha çox istinad edilməsinin şahidi oluruq. Bu, hüquq müdafiəçisi olaraq bizi çox sevindirir. Biz Prezidentin bu addımlarını dəstəkləyirik. Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik də əlbəttə ki, humanizm prinsiplərinin əsas götürülməsi baxımından çox mütərəqqi addımdır. Təbii ki, təklif qəbul olunacağı və CM-nə dəyişikli ediləcəyi təqdirdə, ömürlük məhbuslara, o cümlədən sabiq OMON-çulara da şamil ediləcək. Biz həmişə OMON-çuların işi ilə xüsusi məşğul olmuşuq. Əfv komissiyasının iclaslarında onların sənədlərini təqdim etmişik. Onların adı həmişə bizim siyahılarda olub. Onlar 20 ildən artıqdır həbsdədirlər. Aralarında 23-24 ildir həbsdə yatanı var. Bir çoxu artıq yaşlanıb, xəstə olanı var. Onların şərti azadlığa buraxılması humanizmin ən böyük qələbəsi olacaq. Mən həmişə bu fikirdə olmuşam ki, OMON-çular qatı cinayətkar deyillər. Sadəcə, dövr, zaman, şərait elə gətirib ki, onlar hansısa əmələ əl atıblar. OMON-çular müharibə iştirakçılarıdır, torpağımız, Qarabağ uğrunda döyüşüblər. Onların azad edilməsi böyük insanpərvərlik nümunəsi olardı. İnanıram ki, belə də olacaq. CM-nə ediləcək dəyişiklik inşallah OMON-çulara da şamil olunacaq.
N.Cəfəroğlu son zamanlar Azərbaycan qanunvericiliyinə müxtəlif istiqamətlərdə edilən mütərəqqi dəyişiklərin Avropa Şurasının bəhanələrini aradan qaldıracağını da bildirdi:
- Biz Avropa Şurasının sessiyalarında iştirak edirik və həmişə də Azərbaycanın ədalətli mövqeyini dəstəkliyirik. Azərbaycan hansısa məsələdə ittiham edilirsə, bu, bizə pis təsir edir. Ölkəmiz hazırda inkişafdadır, qanunlara müxtəlif dəyişikliklər edilir, hüquqi sistemin daha da humanistləşdirilməsi prosesi gedir, amma yenə də beynəlxalq təşkilatlar ölkəmizə təzyiq üçün nələrsə axtarıb tapmağa çalışırlar. Gərək biz də çalışaq ki, onların təzyiq üçün əllərində bəhanə olmasın.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya