Kənan M.M. Türkiyədə filmə çəkilib




 Rejissor Kənan M.M. Türkiyədə filmə çəkilib. Axşam.az-ın məlumatına görə, "Oldu mu şimdi?” adlanan ekran işi komediya janrındadır. Dekabrın 16-da Türkiyədə filmin nümayişi keçiriləcək. Daha sonra Bakıda qala gecəsinin təşkili nəzərdə tutulub.

Kənan M.M. bildirib ki, filmin prodüseri azərbaycanlıdır: "Məni də dəvət etdi. Rolum o qədər də böyük deyil, azərbaycanlı obrazı yaratmışam".

Filmdə aktyorlar Yavuz Seçkin, Orhan Aydın, Seda Güven, Serkan Şengül, Şevki Özcan və başqaları rol alıb.