Keniya minlərlə silahı yandırdı - Fotolar

Radikal təşkilat Eş Şebabın yüzdən çox hücumuna hədəf olan Keniyada, təhlükəsizlik güclərinin yığdığı qeyri-qanuni silahlar məhv edildi.Paytaxt Nairobi yaxınlığındakı  Ngong təpələrinə yığılan 5 min 250-dən çox silah, üç böyük alov yaratdı. Vəzifəlilər benzin töküb silahları yandırdılar, alovlar metrlərlə yüksəkliyə qalxıb. Silah məhvini, yüzlərlə adam izləyib.
Dövlət başçısının köməkçisi Villiam Ruto, qaçaq silahların ölkədəki radikalların əlinə keçməməsi üçün yandırdıqlarını söyləyib. Rutonun verdiyi məlumata görə, Şərqi Afrika ölkəsindəki qeyri-qanuni silahlar son 9 ildə ələ keçirilib.
Terror, qeyri-qanuni ovçuluq və soyğunçuluq üçün istifadə edilən silahların çoxu, təhlükəsizlik güclərinə könüllü olaraq təslim edilib.
Keniyada qanuni olaraq silah əldə etmək və ya sənəd almaq olduqca çətindir. Müraciət edənlər bir çox sorğulardan və araşdırmadan keçir. Ancaq səlahiyyətlilər xalqın əlində ən az 500 min qaçaq silah olduğunu təxmin edir.
Tədbirlərə baxmayaraq minlərlə qaçaq silah sərhəddən ölkəyə soxulur, xüsusilə də Eş Şebab təşkilatının təsirli olduğu şimal qonşu Somalidən.
Eş Şebab, Keniyanın 2011-ci ildə Somaliyə əsgər göndərməsindən sonra intiqam üçün ölkəyə onlarla hücum təşkil edib. Aprel 2015-ci ildə Garissa Universitetində çoxu şagird olan 148 insanın öldüyü hücum ilə, 2013-cü ildə 67 nəfərin öldüyü Vestgate alver mərkəzinə basqın, radikal təşkilatın ən qanlı hərəkətləri olaraq qeyd edilir.