Kerrinin səs yazıları mətbuata sızdı: İŞİD-in yüksəlişini bilirdik





ABŞ dövlət katibi Con Kerrinin terror təşkilatı İŞİD  haqqında söylədiyi  fikirlərin səs  qeydləri mətbuata sızdı.

İŞİD-in Suriyada böyüdüyünü bildiklərini etiraf edən Kerri, "Əsədin hədə altında olduğunu düşündük. İŞİD-in  gücləndiyini gördük və izləyirdik" deyə danışıb.

Con Kerri 22 sentyabrda Nyu -Yorkda Suriyalı müxaliflər və bəzi qərbli diplomatlarla reallaşdırdığı təxminən 40 dəqiqəlik toplantının  səs yazısı ortalığı qarışdırıb.

WikiLeaks tərəfindən sızdırılan yazıda  Kerri, İŞİD-in yüksəlişini fərq etdiklərini, ancaq bunun Suriyada Əsəd rejimi üzərində təzyiq yaradacağını  düşündükləri üçün müdaxilə etmədiklərini söyləyir.

Kerri, yığıncaqda bu ifadələrdən  istifadə edib:

"Rusiya ortaya  girdi, çünki İŞİD  güclənirdi. İŞİD-in Şama yerimə ehtimalı hədələyici idi.  Rusiya buna görə dövrəyə girdi. Çünki bir İŞİD hökuməti istəmirdilər və Əsədi  dəstəklədilər. Və bunun (İŞİD-in ) böyüdüyünü bilirdik. İzləyirdik.  Əsədi böyük ehtimalla müzakirə masasına oturda bilərik deyə düşündük. Amma Əsəd masaya oturmaq əvəzinə Putindən  dəstək aldı."