Könül Xasıyeva sabah xəstəxanaya yerləşdiriləcək - YENİLƏNİB





Səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva yanvarın 5-də xəstəxanaya yerləşdiriləcək.

"Sherg.az" xəbər verir ki, bunu report-a açıqlamasında xalq artisti özü deyib.

O, hazırda evdə olduğunu bildirib: "Bugün xəstəxanaya gedib analizlər verdim. Cavablar bilinmədən xəstəxanada qalmağımın mənası yoxdur. Sabah cavablar bilinəcək və xəstəxanada müalicəmə başlanılacaq".

Qeyd edək ki, Könül Xasıyeva sinir ağrılarından əziyyət çəkir. O, Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alacaq.

----------

10:31

Xalq artisti Könül Xasıyeva bu gün xəstəxanaya yerləşdiriləcək.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında xanəndə özü deyib. O bildirib ki, son günlər ağrıları daha da çoxalıb:

"Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdiriləcəm. Həkimlər hələ 14 gün müalicə almalı olduğumu deyiblər. Əgər lazım gəlsə, daha çox qalacam. Son günlər ağrılarım da çoxalıb. Bayramın bitməyini gözləyirdim ki, xəstyəxanaya gedim".

K.Xasıyeva birinci vitse-prezident Mehriban Əliyevanın ona bağışladığı evə köçdüyünü deyib:

"Yeni mənzilimə bir müddətdir köçmüşəm. Yeni ili də evimdə qarşıladım".

Qeyd edək ki, müğənni uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.