"Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının ölkə iqtisadiyyatına müsbət təsirləri çox olacaq”
Busözləri "Sherg.az” millət vəkili Aydın Hüseynov söyləyib.
Parlamentarinin qənaətincə, bu konvensiyanın imzalanması ölkəmiz üçün sevindiricidir:

"Bildiyimiz kimi. Azərbaycan Xəzər dənizi vasitəsi ilə böyük tranzit nəqliyyat qovşağına çevrilməkdədir. Ölkəmizdən və ya ölkəmizə şərq, qərb, cənub və şimal istiqamətində yüklər daşınır. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalandıqdan sonra Azərbaycanın bu sahədə inkişafı daha da sürətlənəcək.
Beləliklə də, yüksək inkişaf etmiş nəqliyyat infrastrukturu ölkə iqtisadiyyatına gələn gəlirləri artıracaq. Yüksələn xətt üzrə inkişaf edən iqtisadiyyat vətəndaşlarımızın sosial rifahını yüksəlməsinə gətirib çıxaracaq.
Həmçinin yüksək inkişaf etmiş tranzit nəqliyyat qeyri-neft sektorunun inkişafına müsbət təsirlər göstərəcək. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması dənizin daxilində yerləşən neft-qaz sərvətlərinin istismarına şərait yaradacaq. Bununla da ölkədə yeni iş yerləri açılacaq. İşsiz vətəndaşlarımızın sayı azalacaq. Bu konvensiyanının imzalanmasının iqtisadi təsirləri ilə yanaşı, digər müsbət təsirləri də var.
Xəzərin hüquqi statusunun müəyyən olunması Azərbaycanın suverenliyini sübut edir. Bu anlaşma Azərbaycanın təkcə Xəzəryanı ölkələrlə yox, bütün dünya ölkələri ilə siyasi və mədəni əlaqələrimizin güclənməsinə şərait yaradacaq”.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Kənan Eynuroğlu