Külli miqdarda ət və spirtli içkinin satışına qadağa qoyuldu - SƏBƏB
12:56 20.05.2020
Arxiv
586
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə son günlərdə istehlakçılardan daxil olan müraciətlərə əsasən müəyyən olunub ki, nəzarət tədbirlərinin yumşaldılması hallarından bir sıra sahibkarlar sui-istifadə etməklə müxtəlif pozuntulara yol veriblər.
Qurumdan Lent.az -a verilən məlumata görə, aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 416 ticarət müəssisəsində monitorinqlər keçirilib, onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapıb.
Monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 764,866 kiloqram ət, süd, unlu və qənnadı məmulatları, konservlər, eləcə də 435,02 litr spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilib.
Məlumatda qeyd olunub ki, agentlik əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlər həyata keçirməkdədir. Ancaq bununla yanaşı, prosesdə iştirak edən bütün tərəflərin-sahibkarların, istehlakçıların, eyni zamanda hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi, özünün, sevdiklərinin və ailə üzvlərinin sağlamlığı naminə qida nəzarətçisinə çevrilməsi vacibdir. AQTA hər bir istehlakçını bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında aktiv iştiraka dəvət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm