Külli miqdarda pul mənimsəmiş şəxslər azadlığa buraxıldı





Külli miqdarda mənimsəmədə təqdirləndirilən Şədatə Bayramov və Gündüz Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatlna görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən onların hər birinə 5 il müddətinə cəza təyin edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə məhkəmə zalından zadlığa buraxılıblar.

Onlar Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəm; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham ediliblər.

Hər iki şəxs "Şuradab Quşçuluq" MÇC-nin vəzifəli əməkdaşı olub.