"Onlar özlərində yoluxucu, ağır xəstəliklər müşahidə edirlərsə, mütləq müalicə etdirməli, yaxud dövlət qurumlarından kömək istəməlidir.
Kulturoloq: "Yeniyetmələr və gənclər transseksuallığa cəlb edilir" - Deqradasiya
08:57 27.09.2017
Arxiv
803
"Hüquq-mühafizə orqanları həmin şəxsləri sırf transseksual olduğuna görə, həbs edibsə, bu, yanlışdır”.
Bunu "Sherg.az”a Azərbaycanda QİÇS və sifilis xəstəsi olan transeksuallara qarşı əməliyyat keçirilməsinə münasibət bildirərkən kulturoloq Aydınxan Əbilov deyib.
O bildirib ki, cinsi azlıqlara bu cür münasibət göstərilməsini dünya ictimaiyyəti sərt tənbehlərlə qarşılayır:
"Məsələn, bu yaxınlarda Çeçenistanda cinsi azlığın nümayəndələri həbsxanaya salınmışdı. Ona görə, bütün dünya həm Rusiyanın, həm də Çeçenistanın üzərinə yürüdü, hətta bu ölkənin prezidentinə dünyanın bir çox ölkələrinə giriş qadağan olundu.
Transseksual və ya cinsi azlığın nümayəndəsi fahişəlik, bədənlərini satmaqla məşğul olurlarsa, o zaman cinayət məcəlləsinə uyğun həbs edilə bilərlər. Amma bunun sübutu olmadan, məhkəmə qərarı verilməmiş kimisə, xəstə olsa belə, məcburi qaydada müalicəyə və s. göndərmək düzgün deyil. Belə olan təqdirdə həmçinin cəmiyyətə bu barədə məlumat vermək də yanlışdır”.
Hər kəsin ictimai fərd olduğunu diqqətə çatdıran A.Əbilov deyib ki, istər cinsi azlığın nümayəndəsi, istərsə də digərləri ətrafdakı insanların sağlamlığı üçün məsuliyyət daşıyırlar:
"Onlar özlərində yoluxucu, ağır xəstəliklər müşahidə edirlərsə, mütləq müalicə etdirməli, yaxud dövlət qurumlarından kömək istəməlidir.Şəhərin bir neçə hissəsində bu tip insanlar, kişilər yaxud qadınlar bədənlərini satmaqla məşğuldurlar. İndiyə qədər açıq şəkildə bunu edirdilər. İndi isə vətəndaşların şikayətləri əsasında bu tipli cinayət qruplaşmalarına, əxlaqsızlıq yuvalarına qarşı əməliyyat həyata keçirilir. Təəssüf ki, yeniyetmələr, gənclər də bəzən transseksuallığa cəlb edilir. Onlara qarşı hüquq çərçivəsində aparılan mübarizəni dəstəkləmək olar. Məhkəmənin qərarından sonra həmin transseksualların taleyi haqqında fikir yürütmək mümkündür”.
Qeyd edək ki, ötən günlərdə vətəndaşların şikayətinə əsasən saxlanılan və tibbi müayinədən keçirilən transseksuallar arasında QİÇS və sifilis xəstəsi olan şəxslər aşkarlanıb.
Rəsmi məlumata görə, saxlanılan şəxslərdən 5 nəfərdə həm QİÇS, həm də sifilis aşkar edilib. Bir nəfərdə isə yalnız sifilis xəstəliyi olduğu məlum olub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya