Kürdəmirdə “patı” satışı ilə məşğul olan şəxslər saxlanıldı
14:47 15.07.2021
Arxiv
464
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağsu rayon sakini Əli Bəndəliyev saxlanılıb.
Onun üzərinə keçirilən şəxsi baxış zamanı narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Dindirilmə zamanı Ə.Bəndəliyev narkotik vasitəni Kürdəmir rayonu Xırdapay kənd sakini Roman Cəbrayılovdan aldığını etiraf edib.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə rayon ərazisində psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın satışı ilə məşğul olan Roman Cəbrayılov da saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı oradan təmiz çəkisi 961 qram olan qurudulmuş marixuana, eləcə də satış üçün hazırlanmış beş büküm heroin, iki büküm metamfetamin, iki büküm qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, evin həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Dindirilmə zamanı R.Cəbrayılov narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial