Kürdüstanda referendum: 92,73 faiz "hə" dedi




Kürdüstanın müstəqilliyinə dair sentyabrın 25-də baş tutan referenduma qatılanların 92,73 faizi "hə" deyib. 

"Sherg.az" "Le monde.fr"ə istinadən xəbər verir ki, bu barədə seçki komissiyasından bildirilib. 

Məlumatda deyilir ki, səsvermədə iştirak edənlər 72,16 faiz təşkil edib ki, bu da 3, 3 milyon seçici deməkdir. 

Əlbəttə, bu vəziyyət Məsud Bərzaninin Kürdüstanın müstəqilliyinə dair planlarını gücləndirir. Hətta bu nəticədən sonra İraq hökuməti M.Bərzanini ciddi dialoqa dəvət edib. 

Ayyət ƏHMƏD