Kürdüstanda referendum: Vaşinqton məyusdur - Departament




İraq Kürdüstanının müstqəilliyinə dair dünən baş tutan referendum Amerikanın dərin məyusluğuna səbəb olub. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib. 

Məlumatda qeyd olunub ki, Kürdüstan rəhbərliyinin birtərəfli referendum qərarı regionda qeyri - stabil və çətin vəziyyət yaradacaq. İraq və digər qonşu ölkələrlə Kürdüstan arasındakı münasibəti mürəkkəbləşdirəcək. 

"Amerikanın Kürdüstan xalqı ilə tarixi əlaqələri dəyişməyəvcək".
 
Bu barədə ABŞ diplomati İzer Naoer bəyanat yayıb. Bununla yanaşı o bəyan edib ki, sözügedən referendum Kürdüstan və orada yaşayanlar üçün ciddi çətinliklərə yol açacaq. 

Tərücmə etdi: Ayyət ƏHMƏD