Sadəcə monitorinq yox, heç orta məktəblərdə buraxılış imtahanlarının da nəticələri ürəkaçan olmur
Kurikulumu bizə Avropadan, Dünya Bankından ötürüblər
21:24 25.10.2016
Arxiv
466
Bizimkilər də xarici təcrübəni tərcümə edərək tətbiq etdikləri üçün təhsil ənənələrimizə uyğun gəlmir
Sadəcə monitorinq yox, heç orta məktəblərdə buraxılış imtahanlarının da nəticələri ürəkaçan olmur
Sadəcə monitorinq yox, heç orta məktəblərdə buraxılış imtahanlarının da nəticələri ürəkaçan olmur
Gələn il ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında 113 min abituriyentin iştirakı gözlənilir. Buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin 62 420 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi monitorinq imtahanlarına qatılıb.
Monitorinq imtahanlarının nəticələrinin uşaqların taleyinə təsir göstərmədiyini vurğulayan Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, nəticələr yalnız təhsil şöbələrinə, müraciət edən bəzi məktəblərə göndərilir ki, şagirdlərin nailiyyətləri ilə tanış olsunlar: "2013-cü ildən keçirilməsinə başlanan və 4 il ərzində aparılan monitorinq imtahanları bütün ölkəni əhatə edib. Monitorinq imtahanlarında iştirak edənlərin 30 faizi nəticədə heç bir suala cavab verməyərək boş vərəqlər təqdim ediblər”. Yeni kurikuluma əsasən dərsliklər yazıldığını deyən Məleykə Abbaszadə dərslikdə olan tapşırıqların uşaqların biliyini qiymətləndirmək üçün kifayət etmədiyini söyləyib: "Gələn il 9-cu siniflər üzrə buraxılış imtahanı verəcək şagirdlər yeni kurikuluma əsasən təhsil alanlardır. Ona görə də 2013-cü ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test tapşırıqları topluları hazırlamağa başlayıb. Bu vaxta kimi V-VI-VII-VIII siniflər üzrə test kitabçaları var. IX siniflər üzrə test tapşırıqları kitabçası isə dekabr ayında hazır olacaq”. Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin sözlərinə görə, sadəcə monitorinq yox, heç orta məktəblərdə buraxılış imtahanlarının da nəticələri ürəkaçan olmur: "Kurikulum deyilən bu tələblər toplusunun hazırlanmasında iştirak edənlərin əksəriyyəti pedaqoji prosesi bilmir. Ona görə də onların hazırladıqları sənədlər tədris proqramına uyğun olmur. Kurikulumu bizə Avropadan, Dünya Bankından ötürüblər. Bizimkilər də xarici təcrübəni tərcümə edərək tətbiq etdikləri üçün təhsil ənənələrimizə uyğun gəlmir. Tərcümə ilə iş alınmaz axı! Azərbaycanın öz zəngin təcrübəsi, milli koloriti, qabiliyyətləri var. Biz xarici təcrübəni tətbiq etməli deyilik. Həmin kurikulum deyilən tələblər, xüsusən təlim metodları qondarmadır, heç bir əhəmiyyət vermir. Əhəmiyyətli metod yaxşı müəllimin özünün müəyyənləşdirdiyi metoddur. Çünki sinifdəki uşaqların sayı qədər ailə var, hərbi xüsusiyyətlər, anlama metodları və sair var ki, bunu o müəllim bilir. Buna görə də onun metodikasını da müəllim müəyyənləşdirməlidir. Bunu xaricdən gətirməklə deyil. Bunu uşaqlar qavraya bilmir. Kurikulumun bizim təhsil sistemində yeri musiqidəki "xaric səs” kimi bir şeydir”. M.Abbaszadənin dərslikdə olan tapşırıqların uşaqların biliyini qiymətləndirmək üçün kifayət etmədiyi fikri ilə razılaşan professor xüsusən də riyaziyyat dərsliyinin bərbad vəziyyətdə olduğunu deyib: "Heç bir pedaqoji qaydalarla öyrənilmir. Bu cür süni yanaşmalar uşaqların biliyinə, savadına təsir göstərir. Kurikulum bizə yad olduğu üçün uşaqlar bu sistemi qavramaqda xeyli çətinlik çəkir. Nə sistemlilik, nə də ardıcıllıq var. Həddindən artıq bəsit və qarmaqarışıqdır. Uşaqların imtahanlarda uğurlu nəticə göstərməsi üçün dərsliklər ənənəvi təcrübəmiz əsasında hazırlanmalıdır. Kurikulumdan MDB ölkələrinin heç birində istifadə olunmur”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat