Lavrov Türkiyəyə gedir





Rusiyanın xarici işlər naziri avqustun 13-14-də Ankaraya səfər edəcək.

"Sherg.az"ın məlumatına görə, səfər zamanı S.Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və Türkiyənin səfirlər və daimi nümayəndələrinin iclasında iştirak edəcək.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, səfər türkiyəli nazirin dəvəti əsasında baş tutacaq.

Görüş zamanı müzakirə olunacaq məsələlər açıqlanmayıb. (Trend.az)