Lavrov Xəzər sammitini "tam rekord" adlandırdı
19:43 14.08.2018
Arxiv
782
Qazaxıstanda Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın və bir sıra hökumətlərarası sazişlərin imzalanması ilə nəticələnən sammitin effektivliyi Xəzərlə bağlı bütün danışıqlarda rekorddur. Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. S.Lavrov deyib:
"Beş ölkənin prezidentləri mətbuata verdikləri bəyanatlarda görüşün nəticələrinə ən yüksək qiymətlərini verdilər. "Tarixi" və "epoxal" hadisə ifadələri səsləndi. Bu, şişirdilmiş deyil. 22 il iş getdi, bu, sadə məsələ deyil. Başlanğıcda ziddiyətli mövqelər var idi, dəniz, yoxsa göl... ".
Nazirin sözlərinə görə, Aktau zirvəsində qəbul edilən Konvensiya Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirdi və hələ həll edilməmiş məsələlərdə yekun razılıq üçün təməl qoydu. S.Lavrov qeyd edib ki, bundan başqa Konvensiya sayəsində "Xəzər dənizində əməkdaşlıqla bağlı istənilən məsələni nəzərdən keçirmək üçün tamamilə universal əsas" yarandı.
Rusiya XİN baçşısı sammitin həmçinin ticarət-iqtisadi əməkdaşlıq və nəqliyyat üzrə hökumətlərarası sazişlərin, Xəzərdə insidentlərin qarşısının alınması üzrə hökumətlərarası sazişin, terrorçuluqla mübarizə, terrorçuluğa qarşı mübarizə, mütəşəkkil cinayətkarlıq və sərhəd xidmətləri arasında əməkdaşlıq üzrə üç hökumətlərarası protokolun imzalanması baxımından da əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm
Xalq artisti Aleksandr Şarovski vəfat edib
10:03 09.09.2026
Mədəniyyət