Lerikdə diri-diri yanıb ölən ailənin qatili evin oğludur? - İDDİA
14:17 22.08.2017
Arxiv
465
Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadənin yanaraq, ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.
Ailənin yaxınlarının bildirdiyinə görə, E. Hüseynovun oğlu Mehdi Hüseynov polisə verdiyi ilkin ifadəsində hadisədən öncə evdə mübahisə baş verdiyini bildirib. O, atasının mübahisə zəminində anası və bacısını bıçaqladığını, evə od vurduğunu deyib. M. Hüseynov atasının əlindən qaçaraq, sağ qaldığını qeyd edib.
Lakin meyitlərin Səhiyyə NazirliyininMəhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinəsi aparılarkən, məlum olub ki, sadəcə Elman Hüseynovun meyitinin üzərində bıçaq xəsarətləri var.
Bundan sonra, M. Hüseynov şübhəli şəxs qismində saxlanıb, hazırda dindirilir.
Qeyd edək ki, bu gün Lerikin Vizəzəmin kəndində baş verən yanğın söndürüləndən sonra hadisə yerindənElman Hüseynov, Şükufə Hüseynova vəSüsən Mirzəzadənin meyitləri aşkarlanıb.
**
08:58
Bu gün Lerik rayonunda yaşayış evi yanıb.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Vizəzəmin kəndində Mirzəhüseyn Həsənova məxsus evdə baş verən yanğın nəticəsində ev sahibi, onun həyat yoldaşı və qızı aldıqları xəsarətdən ölüblər.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki,Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq, Təcili Tibbi Yardım xidmətinə təhvil verilib, ona yerində ilkin tibbi yardım göstərilib.
Yanğınsöndürənlər tərəfindən ev sahibi1963-cü il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şükufə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı MirzəzadəSüsən Elman qızını yanmış meyitləri aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 07:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol