Leyla Abdullayeva: Ermənistan spikerinə məlum tarixi hadisələrə nəzər yetirməyi tövsiyə edirik
16:41 15.01.2019
Arxiv
239
Yeni seçilmiş Ararat Mirzoyanın Ermənistan Parlamentində etdiyi ilk çıxışında ermənilərə qarşı uydurma qırğından bəhs etməsi, "tarixən zorakılıqlarla üzləşmiş bir xalq kimi, hər hansı milli azlığa qarşı zorakılığın törədilməsinə dözümlülük nümayiş etdirə bilmərik” kimi fikirlər səsləndirməsi erməni spikerinin özünün inandığı yalanlara başqalarını da inandırmaq kimi uğursuz cəhdidir
Bunu Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan parlamentinin yeni təyin olunmuş spikeri Ararat Mirzoyanın "bu günlərdə 1990-cı ildə Bakıda ermənilərin qırğını törədilib” fikirlərinə mübnasibət bildirərkən deyib.
L.Abdullayevanın sözlərinə görə, bu fikri söyləyən Ermənistan Parlamentinin spikeri son iki əsr ərzində erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət nəticəsində baş vermiş çoxsaylı faciələrdən xəbərdar olmaya bilməz, əlbəttə:
"Ancaq tarixin bəzi səhifələrini silib, onu öz istədiyi şəkildə yazmaq istəyənlərə çox deyil, yalnız son onilliklər ərzində ermənilər tərəfindən törədilmiş bəzi qanlı hadisələri xatırlatmaq istərdim.
1988-1991-ci illərdə, Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmişdir. 1988-ci il 18 sentyabr tarixində Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlı şəhərdən zorakılıqla çıxardılaraq evləri yandırılmışdır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində yalnız Dağlıq Qarabağ ərazisindən 50 min azərbaycanlı soyqırımına və təcavüzə məruz qoyulub və didərgin salınıb. Bu dövr ərzində etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərədək azərbaycanlı təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovulub. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. Bu günədək dünyanın 16 ölkəsi və Amerika Birləşmiş Ştatlarının 24 ştatı Xocalı soyqırımını tanıyıb və pisləyib. Ümumilikdə, Ermənistanın işğalçı siyasəti nəticəsində hazırda bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qeyd etdiyim kimi, sadaladıqlarım yalnız son onilliklər zamanı Ermənistan tərəfindən törədilmiş qanlı hadisələrdir. Mən hələ XX əsrin əvvəllərində 1905-07, 1918-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımını qeyd etmədim.
Ermənistan spikerinə bəyanatlar vermədən öncə məlum tarixi hadisələrə, onların acınacaqlı nəticələrinə bir daha nəzər yetirməyi və bəyanatlarını xalqlararası nifaqın qızışdırılması deyil, bölgədə sülh, tərəqqi və gələcək inkişaf naminə verməyi tövsiyə edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm