Leyla Əliyevanın dəstəyi ilə azərbaycanlı tələbələr Rusiyadan vətənə gətiriliblər
16:09 19.03.2020
Arxiv
511
Koronavirus (COVİD-19) infeksiyasının dünyada pandemiya halını aldığı və ölkələrin bununla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər gördüyü, o cümlədən təhsil müəssisələrində tədrisin dayandırıldığı məlumdur. Bu xüsusda, Rusiyanın müxtəlif ali təhsil müəssisələrinin tələbə yataqxanalarının karantinə bağlanması ilə əlaqədar bu ölkədə təhsil alan bəzi azərbaycanlı tələbələr yaşayış yeri problemi ilə üzləşiblər.
Trend-in məlumatına görə, bu mürəkkəb vəziyyətlə qarşılaşan tələbələrimizin müraciətlərini nəzərə alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla xanım Əliyevanın tapşırığı ilə təşkilat Rusiyada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycana qayıtmasını təmin edib.
Ötən gecə vətənə qayıdan tələbələrin səhhətlərində heç bir problem aşkarlanmayıb.
Xarici ölkələrdə təhsil alan digər tələbələrin məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, karantin qaydalarına riayət etmələri, təxliyyə zərurəti yarandığı halda təcili olaraq həmin ölkələrdəki səfirliklərimizə və digər aidiyyəti olan təşkilatlara məlumat vermələri tövsiyə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi