Makron Putinə "SƏN" dedi, Fransa mediası bu xəbəri manşet etdi




Dünən axşam saatlarında Avtraliyaya səfəri zamanı təyyarədə olarkən Fransa prezidenti Emmanüel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışı baş tutub. E.Makron V.Putinə "sən"deyə müraciət edib. 

"Sherg.az" "Le Figaro.fr"ə istinadən xəbər verir ki, bu barədə E.Makron öz "Twitter" hesabında video paylaşım edib. 

Videodan deyilir:

"Telefon zəngimi qəbul etdiyin üçün çox sağ ol.  Məsələyə nöqtə qoymaq üçün səninlə danışmaq istəyirəm". 

Qeyd edək ki, bu həftənin bazar ertəsi hər iki lider İranın nüvə proqramı ilə bağlı müzakirələr aparıblar. Fransa bu müzakirələrin daha geniş müstəvidə  aparılmasını xahiş edib. 

Videonu bu linkdən izləyə bilərsiniz:



Tərcümə etdi: Ayyət Əhməd