Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyəti dəyişdirilməlidir- SƏRT TƏNQİD
13:57 09.12.2016
Arxiv
1883
Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi tərkibi dəyişdirilməlidir.
Bunu Sherg.az-a bank sahəsində böhranın aradan qaldırılması məqsədilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətindən danışarkən iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
Ekspert bildirib ki, komitənin işçi qüvvəsi əvvəlki Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin şəxsi heyətidir:
"Həmin komitə isə 10-12 il ərzində dünya iqtisadiyyatında qiymətli kağızlara uyğun və bazar iqtisadiyyatına yönəlmiş heç bir ciddi tədbir həyata keçirməyib. Onun fəaliyyəti yalnız "Azərlotoreya” kimi televiziya verilişi səviyyəsində olan işlərlə məhdudlaşıb. Həmin komanda indi Maliyyə Bazarlarına Nəzarət Palatasında fəaliyyət göstərir. Bu quruma isə faktiki nəzarət yoxdur. Komitənin işinin lazımi səviyyədə təşkil olunması və gücləndirilmiş tədbirlərin həyata keçirilməsi üçün öncə mövcud şəxsi heyət dəyişdirilməlidir. Banklarla vətəndaşlar arasında problemli dollar kreditləri ilə bağlı lazımi tədbirlər həyata keçirilmədi. Lakin borclularla kommersiya bankları arasında əlaqənin düzgün formalaşdırılmasına çalışılsa, bu problem tənzimlənə bilərdi. Bunlar həyata keçirilmədiyindən hazırda bank sisteminin çökməsini müşahidə edirik”.
F. İbrahimov əlavə edib ki, vəziyyətin düzəlməsi üçün isə on illərlə aktiv fəaliyyət lazımdır:
"İqtisadi cəhətdən inkişaf etmiş çox ölkə bu böhranı keçib və bərpası 10 illərlə vaxt alıb. Bizdə də böhrandan çıxış ağır səviyyədə gedəcək. Ancaq hazırda Azərbaycanda buna institusional formada müdaxilə həyata keçirilmir. Görülən tədbirlər xırda çıxış yolu məsələləridir. Böhran vəziyyətində olan ölkədə isə kommunal xidmətlərin qiymətlərinin qaldırılması, inflyasiya sosial etirazın artmasına səbəb olur. Belə iqtisadi çətinliklər olduğu müddətdə yumşaldıcı tədbirlər görülməlidir. Ancaq bu yolla sosial narazılığı və böhranı aradan qaldırmaq olar”.
Qeyd edək ki, Azərbaycanda bank və digər maliyyə sahəsində stabilliyin yaradılması məqsədilə formalaşdırılan Maliyyə Bazarlarına Nəzarət Palatasının işində ciddi irəliləyiş müşahidə olunmur.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə