"Manatın dollara çevrilməsi tezliklə səngiyəcək" - Vüsal Qasımlı
06:45 13.03.2020
Arxiv
469
Qarşıdakı günlərdə banklarda valyuta dəyişmənin intensivliyi azalacaq.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
“Hazırda banklardan kənarda nağd pul (M0) 9,3 milyard manatdır. Hər ay Azərbaycan əhalisi adambaşına orta hesabla 300 manat, ümumilikdə, aylıq 3 mlrd. manat istehlak xərclərini həyata keçirir. Bu hesabla banklarda valyuta mübadiləsi etmək üçün manatla potensial yığım məhduddur. Qarşıdakı günlərdə banklarda valyuta dəyişmənin intensivliyi azalacaq. Çünki əhalinin aylıq xərcləri nağd pul kütləsinin 1/3-i qədərdir. Yəni nağd manatın bir hissəsi cari istehlakı təmin etmək üçün əhaliyə lazımdır və həmin vəsaitin dollara çevrilməsinə zərurət yoxdur. Bu həftə ərzində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən üç valyuta hərracında orta hesabla 700 milyon dollar vəsait banklara satılıb. Özü də hər növbəti hərracda özündən əvvəlkinə nisbətən daha az valyuta tələbi olub. Bu o deməkdir ki, gələn həftələrdə, xüsusən Novruz bayramı alış-verişlərinin də manatla olacağını nəzərə alsaq, manatın dollara çevrilməsi tezliyi səngiyəcək.”
O bildirib ki, manatla əmanətlərin dollara çevrilməsi bir tərəfdən əmanət faizləri arasındakı fərq, digər tərəfdən isə konvertasiya xərclərinə görə orta hesabla 10 faizə qədər vəsait itkisi deməkdir.
“Rasional seçim nəzəriyyəsinə görə, manatla əmanətlərin dollara çevrilməsi indi daha risklidir və əhali buna könülsüzdür. Başqa tərəfdən, 2014-cü ildə manatla depozitlər 9 milyard dollardan artıq bir dəyərə malik olduğu halda, hazırda bu göstərici 5,1 milyard dollar ekvivalentindədir. Manatla depozitlərin dollarlaşma təzyiqi də hazırda 2014-cü illə müqayisədə dəfələrlə azalıb. Əvəzində sərbəst dönərli valyuta ilə depozitlər bu ilin yanvarında 10,6 milyard manata çatmaqla, 2014-cü ildəki göstəricidən 2,6 dəfə çoxdur. Sərbəst dönərli valyutada depozitlərin artması valyuta bazarına təzyiqi azaldan bir haldır.
Onun sözlərinə görə, ümumiyyətlə, 2014-cü ildə geniş pul kütləsinin (M3) 81 faizi, hazırda isə 63 faizi manatla ifadə olunur.
“Manatın geniş mənada pul kütləsində xüsusi çəkisi 2014-2020-ci illərdə 29% azalıb. Bu da o deməkdir ki, manatın dollara çevrilməsi üçün indi 2014-cü ilə nisbətən daha az ehtiyac var. Banklardan kənardakı nağd pulun geniş pul kütləsinə hazırki nisbətini 2014-cü ilin eyni göstəricisi ilə müqayisə edəndə, hazırda daha çox azalmanın şahidi oluruq – 45%. Pul aqreqatları ilə hesablayanda, hazırda dollarlaşma təzyiqi 2014-cü ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb. Buna görə də, hökumətə və Mərkəzi Banka hazırda valyuta bazarının tələbini ödəmək daha asandır.
O bildirib ki, bu il ərzində Çin, İran və başqa ölkələrdən idxalın azalması perspektivini və ötən ilki monetar qızılın idxalını da nəzərə alanda idxal ehtiyacları üçün keçən illə müqayisədə daha az valyuta lazım olacağını proqnozlaşdırmaq olar.
“Yeri gəlmişkən, Mərkəzi Bankın valyuta ehtiyatları yalnız makroiqtisadi “stabilizator” və “təhlükəsizlik yastığı” funksiyasını həyata keçirir. Bu həftə Mərkəzi Bankda həyata keçirilən valyuta hərracları isə Dövlət Neft Fondu ilə birlikdə baş tutub. Hansı ki, Dövlət Neft Fondu büdcəyə transfert və köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasının maliyyələşdirilməsi üçün bu il onsuz da indiki kursla 6,8 milyard dolları yerli bazara təklif etməyi planlaşdırır. Hazırda əsas vəzifə valyuta bazarında tələb-təklifi tənzimləmək və panikaya yol verməməkdir. Əhalinin valyuta tələbi tam ödəniləcək.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət