Manatın məzənnəsi neftdən asılı deyil- AÇIQLAMA
10:53 09.12.2016
Arxiv
1027
Manatın real qiymətinə çatması 3-4 il çəkəcək.
Bunu Sherg.az-a iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib.
Onun sözlərinə görə, hazırda üçüncü devalvasiya passiv şəkildə davam edir:
"Sadəcə olaraq, birinci və ikinci devalvasiya zərbə ilə özünü göstərdi. Hazırda isə manatın yavaş-yavaş dəyərdən düşməsinin şahidi oluruq. Manatın buraxılması rəsmi formada elan edildi. Lakin əvvəlkilər kimi böyük təsiri olan devalvasiya olmayacağı da qəti deyil. Manatın məzənnəsinin qeyri-sabitliyi, dolların qismən bahalaşması davam edəcək. İlin ortalarında bütün iqtisadçılar kimi mən də dolların 2 manat olacağı barədə açıqlama vermişdim. Lakin bu gün manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Milli valyuta birdən buraxılmadığından onun real qiymətinə gəlib çatması da uzun vaxt ala bilər. Bu müddətin 3-4 il çəkməsi proqnozlaşdırılır ki, məhz bu illər ərzində manatın həmin rəqəmə çatması mütləq baş verəcək”.
O. Haqverdiyev neftin dünya bazarında qiymətinin manatın məzənnəsinə təsirini də açıqlayıb:
"Bəzən fikir yürüdülür ki, manatın məzənnəsinin azalması neftin qiymətindən asılıdır. Qeyd etməliyəm ki, bütün valyutaların tutumluluğu olduğu kimi Azərbaycan manatının da tutumluluğu neftin və qazın satışı ilə tənzimlənir. Məlum olduğu kimi, dünya bazarına çıxarmağa başqa istehsal olunan məhsulumuz yoxdur. Başqa ölkələrin məzənnələrində isə digər sahələrlə qarşılıqlı şəkildə bu həyata keçirilir. Məsələn, dolların bu qədər baha olmasının səbəbi odur ki, məzənnəsinə hər hansı bir sahə təsir edərsə, digər sahələr onu tənzimləyir. Amerikada gücləndirilmiş iqtisadiyyat bu şəkildə öz inkişafını təmin edir. Azərbaycan iqtisadiyyatı isə hələlik bu səviyyədə deyil”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə