Mario Soares vəfat edib




Portuqaliyanın sabiq sosialist prezidenti Mario Soares dünyasını dəyişib. 

Sherg.az "Le monde.fr”ə istinadən xəbər verir ki, Portqaliyada salazarit diktaturasına qarşı mübarizə aparmış M. Soares 2016-ci il dekbrın 13-də xəstəxanaya yerləşdirilsə də, ölümün pənməsindən xilas ola bilməyib. Və 2017-ci il yanvarın 7-də, 92 yaşında vəfat edib.

Qeyd edək ki, 1924-cü ildə anadan olan Soares Portuqaliyada 1974-cü ildə baş tutan " Qərənfil İnqilabı ” dan sonra bu ölkədə "Demokratiyanın atası" kimi tanınıb. Onu da əlavə edək ki, M. Soares Portqaliyada iki dəfə baş nazir, iki dəfə isə prezident seçilib.

Ayyət