Marketdə həkimlə qarşılaşdı, xərçəngdən qurtuldu

Boyununuzda yumru şişlər varsa, həkimə gedin
26 yaşlı Danielle McCullochun həyatı bal ayı tətili zamanı bir marketdə qarşılaşdığı həkimin təsbiti sayəsində xilas oldu. "Daily Mail"in xəbərinə görə, Kiprdə bal ayı tətili edən qadının marketdə qarşılaşdığı həkim, boynunda bir yumru olduğunu və ən yaxın zamanda həkimə baxdırması lazım olduğunu söyləyib. İngiltərəyə dönər - dönməz xəstəxanaya gedən 2 uşaq anası Daniellenin üçüncü mərhələ tiroit xərçəngi olduğu ortaya çıxıb. Həkimlər, bir az da geciksəydi gənc qadının öləcəyini söyləyib. Həkimə minnətdarlığını bildirən Danielle, "Həyatımı qurtardı. Üstəlik iş başında belə deyildi, alver edirdi. Boyumdakı yumru daha əvvəl kimsənin diqqətini çəkməmişdi. Müayinəyə getməsəydim, indi həyatda olmazdım." deyə danışıb. Xərçəngi məğlub edən gənc qadın, nizamlı olaraq check-uplarını etdirməyə davam edəcək. 
Bəs, tiroit xərçəngi necə aydın olur?
-Boyunun ön hissəsində ağrısız yumru və ya şişlik (Bu yumrulardan yalnız 20-dən biri xərçəngdir)
-Boyununda şişlər
-Həftələrcə yaxşılaşmayan səbəbsiz səs batması
-Yaxşılaşmayan boğaz ağrısı
-Nəsə udarkən çətinlik çəkmək