Marketlərdə yumurta bahalaşıb
18:04 15.10.2018
Arxiv
563
İstehsalçılar bir yumurtanı mağazalara 13-15 qəpiyə təhvil verirlər
Azərbaycanda yenidən yumurta qıtlığı yaranıb. Sputnik Azərbaycan-ın redaksiyasına oxuculardan bir sıra super market və mağazalarda yumurtanın olmaması və bu məhsulunun qiymətinin artmasına dair zənglər daxil olub. Bəs qıtlıq niyə yaranıb?
"Azərbaycanda yumurta defisiti yoxdur və yerli istehsal bu məhsula olan tələbatı tam həcmdə ödəyir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib. Vəliyevin sözlərinə görə, qida məhsullarının qəbulu bazası olan bəzi böyük supermarketlərin özlərinin mağaza şəbəkəsi var. Artıq quşçuluqla məşğul olan şəxslər öz məhsullarını hər mağazaya gətirmirlər: "Onlar məhsullarını belə bazalara təhvil verirlər. Məhsulun necə paylanmasına görə isə istehsalçı məsuliyyət daşımır. Lakin vurğulamaq istəyirəm ki, hər gün normaya uyğun olaraq yumurta bu obyektlərə təhvil verilir".
Cəmiyyətin sədri vurğulayıb ki, hazırda ölkədə yumurtaya tələbat bir qədər artıb. Ancaq Azərbaycanda yumurta istehsalı nəyinki daxili tələbatı ödəməyə, həmçinin bu məhsulu xarici ölkələrə ixrac etməyə imkan verir:
"Adətən Azərbaycan Əfqanıstan, İraq, Qatar və digər ölkələrə ixrac edir".
Məhsulun qiymətinə gəldiksə isə Vəliyev vurğulayıb ki, son 3-4 aylıq dövrdə yumurtanın qiyməti sabit olaraq qalır və istehsalçı tərəfindən 13-15 qəpiyə mağazalara təhvil verilir: "Bizim tərəfimizdən də ticarət obyektlərində hər gün monitorinq keçirilir. Mağazalarda bir yumurta üçün maksimal qiymət 17 qəpikdir. Bəzi mağazalarda yumurta 18 qəpiyə satılır. Çünki bu halda yumurtalar 10 ədədlik qutularda satılır və qutuya çəkilən xərcdə məhsulun üzərinə qoyulur".
Statistika üzrə Dövlət Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda 1 milyard 714 milyon yumurta istehsal olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm