Masazırda 2 gün işıq olmayacaq




Aprelin 16-17-də saat 10.30-dan15.30-dək Masazır Yarımstansiyasında yenidənqurma işləri aparılacaq. 

Bu barərə "Azərişıq” ASC-dən bildirilib.

Verilən məlumata görə, bunula əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.