Maye vurularaq şişirdilən broyler toyuqları... - Zəhər tuluğu + Video

Eyyub Hüseynov:"Həmin broylerlər Bakıda indi də satılır. Kəsilmiş toyuqlara vurulan o mayenin tərkibini isə araşdıra bilmədik. Güman ki, soya tərkibli maddədir"



"Bir neçə il əvvəl Ukraynadan gətirilən "Qualiko” toyuqlarında həddindən artıq tərkibi məlum olmayan maye aşkarlandı”.

Bu barədə "Sherg.az”a maye vurularaq, şişirdilən broyler toyuqlarının satılmasından danışarkən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, həmin toyuqların üzərində "halal” sertifikatı olub:

"Prokurorluq da həmin toyuqları ölkəyə gətirən şəxslərə qarşı cinayət işi qaldırdı. Təəssüf ki, bu addımların heç bir faydası olmadı. Həmin broylerlər indi də Bakıda satılır. Kəsilmiş toyuqlara vurulan O mayenin tərkibini isə araşdıra bilmədik. Güman etmək olar ki, soya tərkibli maddədir. Heç bir dövlət orqanı bunu araşdırmadı. Baytarlıq idarəsi isə lazımi yoxlamalar aparmadan toyuqları ölkəyə idxal edirlər. Bizə isə məlumat daxil oldu ki, həmin parametrləri deyil, başqa göstəriciləri nəzərə alıb, toyuqları ölkəyə buraxırıq.

Hazırda AİB broyler toyuqları ilə bağlı ciddi məsələni araşdırır. Küçədə, yol kənarında satılan toyuqların mənşəyi barədə araşdırmalar aparılır. Yerli toyuqlarda da problemlər aşkarlanır. Vaksinlər vurulmuş toyuqların tərkibindəki vaksin qalıqları təhlükəli hal yaradır. Həmin toyuqlar harada gəldi satılır. Bütün bunlar istehlakçıların sağlamlığına zərər vurur. Bütün bunları araşdırırıq”.




Aysel Aslan