“Mədəniyyət” kanalındakı teledərslərin üstünlüyü AÇIQLANDI
16:59 12.03.2020
Arxiv
491
"Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” kanalında yayımlanan "Dərs vaxtı” verilişinin şagirdlər üçün böyük əhəmiyyəti var. Bunu bizə edilən telefon zəngləri, kanala ünvanlanan təşəkkürlərdən də başa düşmək olar. Təbii ki, bu bizim vəzifə borcumuzdur. Sevinirik ki, "Mədəniyyət” kanalı bu işdə faydalı olur”.
Bu fikirləri "Report”a açıqlamasında Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində "Mədəniyyət” kanalının direktoru Ramil Qasımov deyib.
Kanal direktoru bildirib ki, teledərslər vasitəsilə şagirdlər mütəmadi olaraq müxtəlif siniflər üzrə tədris fənlərini öyrənə bilirlər: "Fənnlər üzrə dərslər Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada efirdə yayımlanır. Yayımlanan dərslər isə gün ərzində təkrar efirə gedir. Eyni zamanda şagird hər hansı fənn üzrə izləyə bilmədiyi verilişə baxmaq imkanını həm kanalın, həm də Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər”.
R.Qasımov qeyd edib ki, teledərslərə lazımi təlabat olsa, efir saatları artırıla bilər: "Müəllimlərin seçimi də nazirliyin səlahiyyətindədir. Nazirlik bizə hansı video-çarxları təqdim edirsə, onu da yayımlayırıq. Gələn həftədən etibarən rus bölməsinin şagirdləri üçün də teledərslərin olması planlaşdırılır. Bu istiqamətdə Təhsil Nazirliyi müvafiq işlər görür”.
Xatırladaq ki, teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək və bütün sinifləri əhatə edir. Verilişdə dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
Qeyd edək ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-dək dayandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur