“Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun?” – Şeyxin qudası
13:54 10.01.2019
Arxiv
472
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası olan sabiq millət vəkili hacı Qalib Salahzadə evinə gülləkeçirməz şüşələr qoydurması barədə yayılan xəbərlərə münasibət bildirib.
Hacı Qalib Salahzadə ölkə.az-a açıqlamasında evinin şüşələrinin zirehli olmadığını söyləyib:
"Əslində, mənim evim zirehli deyil. Sadəcə olaraq, məclislərdən birində bir adamı yoxlamaq üçün evimin şüşələrinin gülləkeçirməz olması barədə fikir söyləmişəm. Yəni, bunu söyləməklə həmin adamın düzgünlüyünü yoxlamaq istəyirdim. Ona görə də belə bir blef etmişəm. Amma az keçmədən həmin adam barəsində təxminlərim özünü doğrultdu. Mənə deyirdilər ki, o adam yaxşı insan deyil, amma mən tərəddüd edirdim. Sonra əmin oldum ki, doğrudan da, yaxşı adam deyil imiş”.
Şeyxin qudası deyib ki, evində heç bir zirehli materialdan istifadə olunmayıb:
"Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun? Bilirsiniz, mənim camaat arasında nüfuzum kifayət qədər yaxşı olduğu üçün insanlar mənə inanırlar. Əksəriyyət mənə hörmətdən inanır, amma onların arasında paxıllıq edənlər də var. İnanın ki, sabah desəm, hacı Qalibin elə bir jileti var ki, düyməni basan kimi səmayə qalxıb ətrafı izləmək olar, insanlar inanacaqlar. Amma hacı Qalib hamı kimi sadə həyat tərzi sürür, evi, qapısı hər zaman dostlara açıqdır”.
Xatırladaq ki, "Yeni Müsavat” qəzeti hacı Qalib Salahzadənin evinin şüşələrinin zirehli olması barədə məqalə dərc edib.
Məqalədə qeyd olunur:
"Hacı Qalib istintaqda özünü elə aparır ki, guya günahsızdır. Qardaşım Ələkbər Quliyevlə üzləşdiriləndə danışır ki, Bilgəhdəki 7 mərtəbəli imarətinə 3-4 milyon avro xərcləyib təkcə pəncərə alıb. İmarətin pəncərələri gülləkeçirməzdir. Almaniyadan mütəxəssislər dəvət edib və həmin pəncərələrin montaj işlərini görüblər. Bu adam kimdir ki, evinə gülləkeçirməz pəncərə qoydurur? Qardaşım da ona deyib ki, ondansa get yolu aç. Bizə vurduğun ziyanı ödə. Bizim əmlakımızı 2012-ci ilin martında audit şirkəti 2 milyon yarım manat ancaq tikili kompleksinə qiymət qoymuşdu. Orada bizim 20 sot torpağımızın üzərində 2 mülkdən başqa hovuz, su quyusu, çoxlu ağaclarımız, yardımçı tikililərimiz vardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm