"Azərbaycana və türk-islam dünyasına təzyiqlər edərək, bu ölkələri özləri istəyən kimi idarə etmək istəyirlər"
“Mehman bu oyunun sadəcə vintidir, lazım olanda onu fırladırlar" - Yunus Oğuz
13:33 10.01.2019
Arxiv
339
"Özü də bilmədən böyük oyunların iştirakçısına çevrilir. Əgər Mehman olmasaydı, onu başqası əvəz edəcəkdi"
"Azərbaycana və türk-islam dünyasına təzyiqlər edərək, bu ölkələri özləri istəyən kimi idarə etmək istəyirlər"
"Azərbaycana və türk-islam dünyasına təzyiqlər edərək, bu ölkələri özləri istəyən kimi idarə etmək istəyirlər"
"Baş verən hadisələr Azərbaycana, ümumilikdə türk dünyasına qarşı 2019-cu ildə başladılan planın bir hissəsidir”.
Bunu "Sherg.az”a açıqlamasında "Olaylar” İnformasiya Agentliyinin rəhbəri, tanınmış yazıçı-publisist Yunus Oğuz deyib.
Baş redaktor bildirib ki, burada söhbət təkcə Mehmandan, onun həbsdə olmasından getmir. Mehmandan başqa Avropanın əlində "siyasi məhbus” adı verdiyi yüzlərlə maşası var:
"Əslində bunlardan da söhbət getmir. Baş verənlərin hamısı ümumi planın bir hissəsidir və türk-müsəlman dünyasının hədəfə alınmasıdır. Ötən gün Qazaxıstanın Karakanda şəhərində yaşanan hadisə də bunu sübut edir. Con Boltonun Türkiyəyə gəlməsi və oradan İraqa getməsi, terrorçu YPG və PKK haqda xoş söz deməsi və s. məqamların hamısı göstərir ki, türk dünyasını əzmək, onun inkişafını durdurmaq istəyirlər.
Bunun konteksində isə Qarabağ məsələsində ermənilərə sərf edən münbit şərait formalaşdırmaq və Azərbaycanın iradəsini əymək üçün çalışırlar. Yəni fikir yaratmaq istəyirlər ki, guya bütövlükdə türk dünyasında "vəhşilik” hökm sürür, "diktatura” var, demokratiya tapdanır, insan hüquqlarına hörmət edilmir və s. Qazaxıstanda bu prosesə start verilmişdi, əgər Nursultan Nazarbayev qarşısını almasaydı, ermənilərə qarşı kütləvi aksiyalar başlayacaqdı. Buna bənzər qarşıdurmanı Azərbaycanda da törətməyə cəhd göstərirlər”.
Yazıçı bildirib ki, türk dünyası haqqında mənfi rəy yaratmağa və bunun fonunda Azərbaycanı Qarabağ münaqişəsinin həllində güzəştə məcbur etməyə çalışırlar:
"Mehman bu oyunun sadəcə vintidir, lazım olanda onu fırladırlar. Özü də bilmədən böyük oyunların iştirakçısına çevrilir. Əgər Mehman olmasaydı, onu başqası əvəz edəcəkdi. Azərbaycana və türk-islam dünyasına təzyiqlər edərək, bu ölkələri özləri istəyən kimi idarə etmək istəyirlər. Düşünürəm ki, həm Azərbaycanda, həm də Orta Asiya ölkələrində kifayət ağıllı şəxslər və analitiklər var. Şübhəsiz ki, onların düşünülmüş addımları Qərbin qərəzli addımlarından fərqli olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm