Mehman Əliyev şübhəli şəxs qismində saxlanıldı - FOTO




Turan agentliyinin direktoru Mehman Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Lent.az-ın məlumatına görə, o, Cinayət Məcəlləsinin 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə şübhəli bilinir.

M.Əliyev bu gün Vergilər Nazirliyinin İstintaq İdarəsində ifadə verdikdən sonra Yasamal rayon Polis İdarəsinə aparılıb və hazırda oradadır.