Məktəbi bir-birinə vuran 3-cü sinif şagirdi ilə bağlı təklif: "... Başqa cür... "
13:46 29.11.2017
Arxiv
694
Nabatəli Qulamoğlu: "Çətin uşaqları məktəbə gəlməzdən tanımaq lazımdır. Uşaq 3-cü sinifdə oxuyur, üzərində iti, kəsici alətlər gəzdirir, digər uşaqlarla aqressiv davranırsa, burada məktəb rəhbərliyinin günahı var"
"Aqressiv, pedaqoji kollektivdə davrana bilməyən uşaqlar digər şagirdlərin məktəbdən uzaqlaşmasına səbəb olursa, onlar təcrid edilməlidir”.
Bunu "Sherg.az”a Nəsimi rayonu 14 saylı tam orta məktəbin "3-Ç" sinfində baş verən hadisə ilə bağlı danışarkən təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.
O vurğulayıb ki, bir uşağa görə, valideynlər uşaqlarını məktəbə göndərmirsə, məktəb rəhbərliyi ciddi addımlar atmalıdır:
"Çətin uşaqları məktəbə gəlməzdən tanımaq lazımdır. Uşaq üçüncü sinifdə oxuyur, üzərində iti, kəsici alətlər gəzdirir, digər uşaqlarla aqressiv davranırsa, burada məktəb rəhbərliyinin günahı var. Bu yaşa qədər nazirlik, Bakı Şəhər Təhsil İdarəsi qarşısında məsələ qaldırılmalı idi. Çətin uşaqları xüsusi məktəblərə göndərirlər ki, orada təhsil alsın. Hiperaktiv uşaqlarla başqa cür davranmaq lazımdır. Onların enerjisini düzgün istiqamətləndirməliyik ki, digər uşaqların təhsil prosesinə mane törətməsin. Yaranmış vəziyyətlə bağlı övladını məktəbə göndərməyən valideynlər haqlıdır.
Şagirdlərin fiziki və psixoloji vəziyyəti dərindən öyrənilmədən onları məktəbə qəbul etmək olmaz. Sırf problemli bir şagirdə görə, digər şagirdlər təhsil hüququndan məhrum olmamalıdır. Valideynlər də övladının təhsil hüququnu tələb etməkdə haqlıdırlar. Amma məktəb direktoru məsələnin bu həddə çatmasına imkan verməməlidir.
Öz təcrübəmdə də rast gəlmişəm. Sinfimdə bacı və qardaş oxuyurdu. Hər ikisi psixi cəhətdən problemli uşaqlar idi. O həddə çatmışdım ki, məktəbdən getməyi düşünürdüm, başqa çıxış yolum qalmırdı. Əslində isə bunu tənzimləyəcək mexanizm yoxdur. Düşünürlər ki, həmin uşaq məktəbdən çıxarılsa, xuliqan olacaq. Amma belə uşaqlara təhsil vermək üçün xüsusi metodlar olmalıdır. Bəzən belə hallar irsi olur. Ona görə, həmin uşaq digər normal şagirdlərdən təcrid edilməli, mütləq problem həll olunmalıdır”.
Qeyd edək ki, şikayət edən valideynlər 3 gündür, uşaqlarını dərsə göndərmir. Belə ki, onlar şagird Sadıqzadə Məhəmmədhəsənin "3E" sinfindən "3Ç" sinfinə keçirilməsinə etiraz edir.
Valideynlər övladlarının Məhəmmədhəsənlə birgə təhsil almasını istəmir.
Valideyn Ruhiyyə Mövsümovanın sözlərinə görə, Məhəmmədhəsən 3E” sinfində oxuyanda sinif yoldaşlarına qarşı yaxşı davranmadığı üçün valideynlərin şikayəti əsasında digər sinfə keçirilib: "Biz də istəmirik ki, o uşaq bu sinifdə oxusun. Çünki övladlarımızın tərbiyəsini pozur. O, dərsin gedişinə mane olur, şagirdlər üçün təhlükəli vəziyyət yaradır. Bir andaca kimisə yumruqlaya, cırmıqlaya bilər. Çantasında kəsici iti alətlər gəzdirir.
Uşaq oğlanlara öyrədir ki, gəlin siqarət çəkək. Özüylə dərsə alışqan gətirir və deyir ki, hər yeri yandıracaq. Dərs vaxtı uşaqların imtahan vərəqlərini cırır. Paltarlarını soyunub qız uşaqlarına bədənini göstərir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya