Məktəblər psixoloq, uşaq birliyi rəhbəri və laborant vəzifələrinə işçilər axtarır
15:12 09.12.2016
Arxiv
661
Dekabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrində çalışmaq istəyən şəxslər üçün müsabiqə keçirilib.
Bakıdakı 42 nömrəli tam orta məktəbdə keçirilən müsabiqəyə qatılan şəxslər 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, işə qəbulun daha səmərəli və şəffaf həyata keçirilməsi, ümumi təhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə təşkil olunan müsabiqədə iştirak üçün 530-dan çox müraciət daxil olub.
Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, məktəblərdə vakant olan müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, mühəndis-teхniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri və kitabхanaçıların işə qəbulu, eləcə də yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Qeyd edək ki, psixoloq vəzifəsi üzrə əmək funksiyalarının məzmunu və məsuliyyəti, bununla əlaqədar kadrların hazırlıq səviyyəsinə qoyulan tələbin daha yüksək olması ilə əlaqədar həmin vəzifə üzrə müsabiqədə iştirak edərək test imtahanı mərhələsində yüksək nəticə göstərən namizədlərin müsahibə əsasında seçilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə