Məktəbli forması geyinən ofis işçiləri - BTE-dən qəribə açıqlama
11:33 06.03.2019
Arxiv
710
"Bakı Tikiş Evinin hazırladığı məktəbli formalarını təkcə məktəblilər geyinmir, başqa sahədən olan müştərilərimiz də olur. Tikiş evi ilboyu məktəbli formasının satışını həyata keçirir. Amma ilin ortasında geyimlər daha çox dəst deyil, tək-tək satılır. Elə uşaqlar olur ki, ölçüləri dəyişir və valideyn gəlib yeni geyim, daha çox şalvar alırlar”. Bunu Lent.az-a açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
O bildirib ki, il ərzində Tikiş Evinin Bakının 8 müxtəlif yerində olan mağazalarındakı geyimlərindən başqa fabrikin özündə 2-3 min dəst ehtiyat geyim olur: "Əlavə satışlarda daha çox şalvar satılır. Köynək də həmçinin. Bizdə ölçüsündən asılı olmayaraq pambıq göynəklər 8 manata satılır ki, həmin qiymətə bu keyfiyyətdə köynəyi başqa mağazalarda tapmaq çətin olur. 42 ölçüyə qədər olan şalvarlar 15 manat, daha böyük ölçüdə olanlar isə 18 manata satılır. Kostyum və şalvar dəsti 44 ölçüyə kimi olanlar 40 manata satılır. 7-11-ci siniflər üçün nəzərdə tutulan və 54 ölçüyə qədər kostyum-şalvar isə 46 manata satılır. Bizim geyimlər ucuz və keyfiyyətli olduğu üçün böyük insanlar da gəlib alırlar. Məsələn, dəmiryolçular, ofis işçiləri də bizim formalardan alırlar. Yaxasından sadəcə, BTE loqosunu çıxarırlar”.
Bakı Tikiş Evinin rayonlarda hələ də mağazalarının olmadığını deyən Etibar Əzimovun sözlərinə görə, məktəblərdə tədrislər başlamadan öncə rayon icra hakimiyyətlərinin müraciəti əsasında geyim göndərirlər.
Dediyinə görə, Bakı Tikiş Evi formaları keyfiyyətli Türkiyə istehsalı olan parçalardan tikdiyi üçün həmin geyimlər 2-3 il xarab olmur: "Parçalarımızın Avropa laboratoriyalarından sertifikatı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya