"Mənzil bazarında 10 faizə qədər bahalaşma proqnozlaşdırılır" - Açıqlama






"Köhnə tikililərdə təklif edilən mənzillərin qiymətləri ucuzlaşıb. Yeni binalarda isə əksinə, mənzillər daha bahadır”.

Bu barədə "Sherg.az”a mənzil bazarındakı ümumi vəziyyəti şərh edərkən "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib. 

Onun sözlərinə görə, son illərdə tikinti materialları bazarında müşahidə edilən qiymət artımı mənzillərin qiymətinə də təsir göstərir:

"Torpaq sahələrində də qiymət artımı var. Tikinti şirkətlərinin yeni tikililərin qiymətlərini baha təklif etməsi bu faktorla da bağlıdır.

Köhnə tikililərdə isə əksinə qiymətlərin azalması müşahidə olunur. Səbəb isə pilot layihələrin işə düşməsi nəticəsində köhnə tikililərin sökülməsidir. Alıcılar köhnə binaların sökülmə riski olduğuna görə, yeni mənzillərə daha çox meyl edirlər. Bu isə mənzil bazarına öz təsirini göstərir”.

Ekspert ilin sonuna doğru mənzil bazarı ilə bağlı proqnozlarını da səsləndirib:

"2018-ci il üçün ümumən mənzil bazarında 10 faizə qədər qiymət artımı proqnozlaşdırılır”.

Aysel Aslan