Meriyanın mətbuat xidmətinə yeni təyinat edildi




Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Trend-in Bakı Şəhər İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrə əsasən meriyanın Mətbuat xidmətinin işini fəallaşdırmaq, xidmətin tərkibini bilikli və bacarıqlı gənclərlə gücləndirmək məqsədilə Əliyeva Ayna Bəxtiyar qızı Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinə işə qəbul olunub.

Ayna Əliyeva bu təyinata qədər Heydər Əliyev Mərkəzində mütəxəssis kimi çalışıb.