Mərkəz: Anomal hava kənd təsərrüfatına ziyan vurur
10:38 07.02.2019
Arxiv
494
Ölkədə müşahidə olunan anomal hava kənd təsərrüfatına, əsasən də bitkiçiliyə öz mənfi təsirini göstərə bilər.
Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev deyib.
P.Hacıyevin sözlərinə görə, hazırda belə anomal hava şəraiti dünyanın bir çox yerlərində müşahidə olunur:
"Əslində təkcə Azərbaycanda deyil, bütün dünyada iqlim şəraitində anomallıq özünü göstərir. Əlbəttə, bunun kənd təsərrüfatı sahəsinə də mənfi təsiri olacaq. Ötən il də yanvar və dekabr aylarında yağıntı az oldu, hava şəraiti çox mülayim keçdi, bu səbəbdən də müəyyən dərəcədə kənd təsərrüfatında problemlər yarandı. Mart ayının sonları, aprel ayında yağış və külək məhsuldarlığın azalmasına gətirib çıxardı”.
Mütəxəssis qış aylarında havanın mülayim keçməsinin bitkiçiliklə yanaşı, meyvəçiliyə də ziyan vurduğunu bildirib:
"Mülayim hava ağacların erkən çiçəklənməsinə səbəb olur. Lakin sonradan yaz aylarının soyuq keçməsi həmin çiçəklərin məhv olmasına gətirib çıxarır”.
P.Hacıyevin sözlərinə görə, belə hava şəraiti sahə və meyvə bağlarında zərərvericilərin və xəstəliklərin yayılmasına da şərait yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol