Mətanətin gəlini: “Mənə əziyyət verirlər ki, uşaqlar bezib getsin”
09:37 29.06.2021
Arxiv
465
“Rəsmi boşanma olmayıb, bir ilə yaxındır məhkəmə uzanır. Hara müraciət etmişəmsə, qarşı tərəfin vəkili məsələni uzadır. Hakimə yeni iddialar qaldırılır. Uşaqları almaq istəyirlər. İstəyirəm boşanma tez gerçəkləşsin, onların soyadından çıxım. Özümə yeni iş qurmaq istəyirəm. Sənədlərim dəyişməlidir”.
Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. O bildirib ki, müğənninin oğlu Kərimlə boşanma prosesləri hələ də bitmir.
Canana Kərimin uşaqları ondan almaq üçün çalışdığını deyib:
“Alıb uşağa baxandırlar? Çalışırlar ki, uşaqlar onların üstündə olsun və aliment ödənməsin. Ev də vermək niyyətində deyillər. Ötən ilin avqustundan uşaqlarıma tək baxıram. Heç onlara maraqlı deyil ki, nə yeyib, nə içirlər. Boşanmada heç bir təzminat tələb etməmişəm. Toydan sonra Kərimin adında dörd maşınımız var idi. Ayrılan kimi tez Kərimin adından maşınlar çıxarıldı. Üçünü satıb, dördüncünü müğənni Rövşənin adına keçirdilər. Mənə əziyyətlər verirlər ki, düşüm. Uşaqlarıma baxa bilməyim, onlar da məndən bezib imtina etsin, atalarını seçsin. “Instagram” səhifəmi belə Kərim sındırıb, ələ keçirdi. Şükür ki, çalışıram övladlarıma hər şey verim. Bir ana kimi üç uşağı istədiyim kimi böyüdürəm”.
Canana M.İsgəndərlinin “nankor gəlin” ifadəsinə də cavab verib:
“Nişanladılar, üzük taxdılar, səkkiz il nişanlı saxladılar. Universitetdən çıxardılar. Amma mədəniyyətimi saxladım. Məni çox təklədilər. Mətanət İsgəndərli hər zaman həyatından danışır, onun keçmiş həyat yoldaşı ilə qonşu olmuşam. O bilir ki, mən nə qədər fədakarlıqlar etmişəm. İnsan fədakarlıq edir, amma sonra görür ki, vəziyyət dözülməzdir. Hər dəfə eşidirdim ki, Kərimə deyirlər boşan. O qədər təhqirlərə, haqsızlıqlara dözdüm ki... Sonra məni kirayələrdə ora-bura atdılar. Uşaqları mənə qarşı çevirirdilər. Dözmədim. Boşanmaq istədim deyə, oldum nankor? Çox güclü qadınam, hər şeyin öhdəsindən gələcəyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm