"Mətbuat Şurasına sosial şəbəkələrdəki fikirlərlə bağlı şikayətlər daxil olur" - Əflatun Amaşov
13:35 18.07.2018
Arxiv
585
"Son illər Azərbaycan Mətbuat Şurasına ayrı-ayrı sosial şəbəkə profillərində yayımlanmış fikirlərlə bağlı şikayətlər daxil olmaqdadır”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Tbilisidə keçirilən 15-ci "Cənubi Qafqaz media konfransı”nda çıxışında deyib.
O bildirib ki, Mətbuat Şurası bu cür şikayətlərə baxmasa da, onların sayının artdığı müşahidə olunur.
Ə. Amaşov qeyd edib ki, il ərzində Mətbuat Şurasına təxminən 400 şikayət daxil olur: "Onlayn media ilə bağlı şikayətlərin sayı ənənəvi media ilə müqayisədə artıb. Əgər 2007-2012-ci illərdə onlayn media ilə bağlı daxil olan şikayətlər 10% idisə, 2012-2015 illərdə bu rəqəm 50%-ə yaxınlaşıb. Hazırda isə daxil olan şikayətlərin yalnız 10%-i ənənəvi media ilə bağlıdır”.
Şura sədri həmçinin deyib ki, internet media vasitələrinin tam şəkildə özünütənzimləmədə yer alması vacib məqamdır: "Biz yenə də ictimai qınaqdan istifadə edirik. Ancaq hazırkı dövrdə məsələyə bir qədər konseptual yanaşmağa ehtiyac duyulur. Çünki hər hansı qəzeti ictimai qınağa çəkməklə informasiya saytını ictimai qınağa çəkmək arasında fərqlər var. Əvvəla reallıq budur ki, qəzetlər ictimai rəyə əvvəlki illərdə olduğu kimi təsir göstərə bilmirlər. İkincisi isə internet saytlarının fəaliyyəti eyni zamanda ölkələrin informasiya təhlükəsizliyi baxımından vacib məqamdır. Yəni bu arealda yayılmış hər hansı informasiya yalnız şəxslər deyil, bütövlükdə ölkələr barədə rəy formalaşdırmaq imkanına malikdir. Buna görə də daha həssas davranılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət