Meteohəssas insanlara XƏBƏRDARLIQ





Dekabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti ,
Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 18-dək meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu hava şəraitinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.