Metropolitendə koronavirusla mübarizə tədbirləri gücləndirilib
17:24 13.07.2021
Arxiv
554
"Bakı Metropoliteni"ndə "COVID-19" pandemiyası ilə əlaqədar silsilə tədbirlər davamlı və ən ciddi nəzarət qaydasında aparılır.
"Sherg.az" bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu məqsədlə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq edilir, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, optimal hərəkət qrafiki ilə təmin olunub, qatarlarda sərnişin salonlarında və stansiyalarda girişdən platformaya qədər hər bir mümkün sahədə sərnişinlərin məlumatlandırılması, diqqətli olması və qaydalara riayət etməsi üçün posterlər, stikerlər və digər məlumat lövhələri vurulub: "Döşəmələrdə və oturacaqlarda sosial məsafənin qorunmasını xatırladan işarələr qoyulub. Yeni tipli qatarlarda və stansiyalarda monitorlarda müntəzəm olaraq məlumatlar yayılır. Stansiyalarda və qatarlarda mərkəzləşdirilmiş qaydada müntəzəm elanlar səsləndirilir. Elanları platforma növbətçiləri və eskalator nəzarətçiləri hər 5 dəqiqədə bir dəfə olmaqla verirlər. Zərurət yarandığı təqdirdə müvafiq elanlar səsucaldan radiorabitə vasitəsilə səsləndirilir".
B.Məmmədov bildirib ki, "Bakı Metropoliteni" QSC-nin qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttişlik aparatı, Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr, eləcə də SƏTƏMM şöbələrinin nəzarət mexanizmləri tətbiq edilir: "Nəzarət-yoxlama, sərnişinlərin məlumatlandırılması, tövsiyələrin verilməsi, təşviqat-təbliğat xarakterli tədbirlər stansiyalarda, qatarlarda, eləcə də iş yerlərində belə aparılır.
Dezinfeksiya işləri əsaslı və cari olmaqla, hər gün davam etdirilir və ən yüksək nəzarət təmin edilir.
Bütün bunlarla yanaşı, sərnişinlərin də sosial məsuliyyəti və vətəndaş mövqeyi çox mühüm əhəmiyyət kəsb edir. Bu olmasa, görülən işlər, nəzarət mexanizmlərinin faydasından danışmaq olmaz.
Açıq etriaf edirik ki, metropoliten sərnişinsiz bu mübarizədən qalib ayrıla bilməz və bunu təmin edə bilməz.
Bu səbəbdən "Bakı Metropoliteni" bundan soonra da öz üzərinə düşən vəzifələri ən ciddi şəkildə icra edəcək və sərnişinlərdən də koronavirus təhlükəsi ulə bağlı məsələlərə həssas yanaşmağı rica edirik.
Mövcud pandemiya şəraitində birlikdə güclü olub qalib gəlmək sadəcə söz deyil, hər birimizin əməli iştirakını tələb edir.
Koronavirus təhlükəsi tam sovuşmadığından sərnişinlərimizə bir daha müraciət edərək, onları metropolitendən istifadə qaydalarına, metodiki göstərişlərə, sanitar-gigiyenik tələblərə diqqətli, sayğılı olmağa çağırırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm