Məzar qazma yarışı keçirilib- Fotolar

Slovakya çox qəribə bir beynəlxalq yarışa ev sahibliyi edib. Ev sahibi olan ölkə, Polşa və Macarıstandan qruplar, ən sürətli məzar qazmaq üçün yarışa giriblər.
İştirakçılar  1,5 metr dərinlikdə, 2 metr uzunluqda və 90 santimetr genişlikdə məzarlar qazıb.
Yarışda müasir üsullardan istifadə edilməyib, ənənəvi olaraq beldən istifadə edərək komandalar bütün güclərini xərcləyib.
Trencin şəhərindəki Məzar Qazma Çempionatını Slovakyanın Kalna Nad Hronom kəndindən Peter Pastoroks cənazə xidməti qrupu qazanıb. Yarış cənazə sektorunu təşviq etmək və ciddi peşəni bir az əyləncəli hala gətirmək üçün təşkil edilib.