"Mikroavtobusların əksəriyyəti istismar müddətini başa vurub" - Qəzaların səbəbi
11:41 13.03.2018
Arxiv
3657
"Sürücülük vəsiqəsini alan şəxslər kateqoriyalara görə, imtahan verməlidirlər. Bu kateqoriyaya uyğun avtobus sürücülərinə nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verilir”.
Bunu "Sherg.az”a son günlər artmaqda olan avtobus qəzalarının səbəblərini izah edərkən nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli deyib.
O qeyd edib ki, sürücülük kateqoriyaları oturacaqların yerinə, nəqliyyat vasitəsinin sərnişin tutumuna və s. görə dəyişir:
"Sürücülər nəqliyyat vasitəsini idarə etmək üçün uyğun kateqoriyanı əldə etməlidir. Lakin çox zaman hansısa yollara əl atılır, sürücülük kateqoriyaları mexaniki olaraq alınır.
Xüsusilə mikroavtobusları və iri avtobusları idarə edənlər arasında monitorinq aparsaq, onların əksəriyyətinin həmin kateqoriyalı sürücülük vəsiqəsinin olmadığını aşkarlayarıq. Sadəcə B, C kateqoriyası olan şəxsə avtobus əmanət edirlər. Rayon yerlərindən gəlib, şəhərdə avtobus sürücüsü işləyən insanlar var. Hətta bir neçə şəxs tanıyıram ki, avtobus sürmək, iritutumlu nəqliyyat vasitəsini idarə etmək təcrübəsi olmayıb, amma işə götürülüb. Təbii ki, rayon, şəhər fərq etmədən, hər kəs nəqliyyat vasitəsi idarə edə bilər. Amma tələblərə cavab vermək lazımdır.
Sürücülər arasında maarifləndirmə işləri aparılmır. Ayrı-ayrı şirkətlər, Bakı Nəqliyyat Agentliyinin (BNA) özü də məsuliyyət daşıdığı halda böyük həcmli xətlərin sürücüləri üzərində işləmirlər. Onlara sadəcə plan lazımdır. Amma bu insanların təhlükəsizliyi üçün əhəmiyyətli məsələdir. Sərnişindaşıma ilə məşğul olan şirkətlər bilməlidirlər ki, ölkə vətəndaşlarının təhlükəsizliyində məsuliyyət daşıyırlar. Ən çox ictimai nəqliyyatda çalışan sürücülərin daim yoxlanması, təlimatlandırılması vacibdir”.
İ.Hüseynli əlavə edib ki, Azərbaycanda hazırda istismarda olan mikroavtobusların əksəriyyəti istismar müddətini başa vurub, istifadəyə yararlı deyil:
"Xüsusilə "Gazelle” markalı mikroavtobuslar təhlükə saçır. Bu avtobusların xətdə olanlarının hər biri təhlükədir”.
Qeyd edək ki, bu gün səhər saatlarında Şirvan şəhəri ərazisində Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oil”ə məxsus xüsusi qurğulu "KamAZ” markalı yük maşını toqquşub. Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur