Millət vəkili: “Azərbaycanda ingilis dilində telekanal açılmalıdır"







Milli Məclisin bugünkü iclasında millət vəkili Qüdrət Həsənquliyev yeni telekanal açılmasını təklif edib.

 Sherg.az bildirir ki, deputat, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ingilis dilində telekanal açılmasının vacib olduğunu söyləyib: 

”Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var. Biz 32 miyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”.

Anar