Millət vəkili: "Bundan sonra da əmək haqlarının, pensiyaların artmasının şahidi olacağıq"



"Cənab Prezident 2019-cu ili sosial müdafiə və sosial rifah ili kimi elan edib”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Musa Quliyev deyib. Deputatın sözlərinə görə, ölkə başçısı hər zaman sosial sahədə ciddi islahatlar aparıb:

"Təsadüfi deyil ki, əmək haqları, pensiyalar, sosial müavinətlər artırılıb. Həmçinin vətəndaşlarımızın problemli kreditləri həll olunub. Bundan başqa aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğı göz qabağındadır.

Cənab Prezident bildirib ki, bizim sosial sahədə apardığımız islahatlar bütün il boyu davam edəcək və bundan sonra da əmək haqlarının, pensiyaların, müavinətlərin artmasının şahidi olacağıq. Ümumiyyətlə, bu il bütövlükdə əhalinin problemlərinin həlli, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində islahatlar ili kimi yaddaşımızda qalacaq”.

Yeganə Bayramova