Milli Məclisin parlamentlərarası əlaqələr üzrə üç işçi qrupuna rəhbərlər seçilib




Milli Məclisin (MM) parlamentlərarası üç işçi qrupuna rəhbərlər seçilib.

"Report"un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" MM-in qərarında dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyev seçilib.